Bakıda başı kəsilmiş meyit tapıldı

Bakıda meyit tapılıb.

 

APA TV-nin məlumatına görə, "Azərsu" ASC-nin Hövsan Aerasiya Stansiyasında tullantı suları axıdılan ərazidən təqribən 35-40 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

 

Suyun təmizlənməsi zamanı tapılan başı kəsilmiş meyitin ilkin müayinəsi zamanı onun başı, qolları və ayaqlarının kəsilərək əraziyə atıldığı məlum olub.

 

Əraziyə xüsusi əməliyyat qrupu cəlb edilərək araşdırmalara başlanılıb, meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR