Azərbaycanda "Super" markalı benzin bahalaşdı
Azərbaycanda "Aİ-98 super" markalı benzin bahalaşıb. "APA-Economics" xəbər verir ki, "Super" markalı benzin hazırda 1,30 manata satılır. Artımadək bu markadan olan benzinin qiyməti 1,20 manat idi.
"Super" markalı benzin yalnız "SOCAR Petroleum" QSC-nin yanacaqdoldurma məntəqələrində satılır. Adıçəkilən şirkətin mətbuat xidmətindən "APA-Economics"ə bildirilib ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. "Bilirsiniz ki, "Super" markalı benzin Azərbaycana idxal olunur və yalnız SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılır. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır", - deyə şirkət rəsmisi bildirib.
Qeyd edək ki, ötən aylarda Azərbaycanda A-92 markalı benzin də 20 qəpik bahalaşaraq, 90 qəpik olmuşdu.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub