Azərbaycan XİN Myanmada müsəlmanlara qarşı zorakılığı pislədi
"Azərbaycan Myanmada Rohingiya müsəlmanlarına qarşı davam edən zorakılıq hallarını ciddi narahatlıqla qarşılayır".
Bu fikirləri APA TV-yə açıqlamasında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səsləndirib: "Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın qarşısının alınması istiqamətində olan səylərini yaxından dəstəkləyir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının digər üzv dövlətləri və tərəfdaş dövlətlərlə bu məsələləri fəal şəkildə müzakirə edir".
Nazirlik rəsmisi dünyada dinc əhalinin dini müstəvidə zorakılığa məruz qalmasına da münasibət bildirib: "Hər bir zorakılıq halının baş verməsi və bunun dini müstəvidə cərəyan edilməsi qəbuledilməz bir haldır və bu kimi zorakılıqların qarşısının alınması zəruridir. Mülki insanlara qarşı zorakılıq əməllərinin törədilməsi qəbuledilməzdir".
Hikmət Hacıyev eyni zamanda dinc əhaliyə qarşı zorakılıq halları ilə daha effektiv mübarizə aparılmalı olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub