Cənubi Koreya gəmilərini şimal sərhədinə göndərdi - MÜHARİBƏ BAŞLAYA BİLƏR

Koreya yarımadasında gərginlik artmaqdadır. APA TV-nin məlumatına görə, Şimali Koreyanın hidrogen bombası sınağından sonra Cənubi Koreya da hərəkətə keçib.

 

6,3 ballıq zəlzələ effekti verən bombanın sınağından sonra Cənubi Koreya sərt açıqlamalar verib, hərbi təlimləri sürətləndirib.

 

Rəsmi Seul böyük ölçüdə dəniz təlimi keçirib. Gəmilərdən həqiqi mərmilər atılıb.

 

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın raket daşıma qabiliyyətinə aid vetoları qaldırıb və Seula milyardlarla dollarlıq yeni silah satışına imza atıb.

 

Hazırkı qanunlara görə Cənubi Koreya inventarındakı raketlər 800 kilometr vura bilmə və 500 kiloqramlıq bomba başlığı daşıma imkanlarına malikdir.

 

Cənubi Koreya həmçinin hərbi gəmilərini sərhəd xəttinə yığıb.

 

Şimali Koreyanın son raket testindən sonra BMT Təhlükəsizlik Şurası bir həftədə iki dəfə fövqəladə hal üçün toplanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR