Toydan qayıdanlar Masallıda qəzaya düşdülər
Bakıdan toydan qayıdan Lerik sakinləri Masallıda qəzaya düşüblər.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik kimliyi məlum olmayan "QAZel" markalı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol üzərində qoyulmuş beton maneəyə çırpılıb. Qəza nəticəsində Lerik rayonunun Ambu kənd sakinləri - 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova xəsarət alıb. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travma şöbəsinə yerləşdiriliblər.
İlkin məlumata görə, “QAZel” markalı mikroavtobusun sürücüsü avtomobili dərhal hadisə yerindən uzaqlaşdırıb. Onların paytaxt Bakıdan toydan qayıtdığı deyilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub