Temperatur 38 dərəcəyə yüksələcək

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 21-25, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR