82 min milyonçu başqa ölkəyə köçüb - STATİSTİKA

Ötən il 82 min milyonçu başqa ölkəyə köçüb. APA TV-nin məlumatına görə, ölkə dəyişdirən milyonçuların sayı bir il ərzində 18 min nəfər artıb.

 

"Planetdə Sağlamlıq Dəyərləndirilməsi: Dünya zənginliyi və köç trendləri" hesabatına görə, yaşadığı mülkdən başqa bir milyon dollardan çox nağda çevrilə biləcək əmlakı olan 82 min şəxs ölkəsini dəyişib. Əvvəlki il bu say 64 min idi.

 

Sərvəti 1 milyon dollardan çox olan şəxslərdən ən çox köç edən Fransa vətəndaşlarıdır. Ən yüksək artım isə Türkiyədə qeydə alınıb.

 

Milyonçu köçkünlərin əsas seçim ölkəsi Avstraliya olub. 11 min yüksək gəlirli insan bu ölkəni seçib. ABŞ isə 10 min zənginə ev sahibliyi etməklə siyahıda ikinci olub. 

 

Vergi qanunlarına görə 2015-ci ildə 10 min milyonçusunu itirən Fransa ötən il 12 min zəngin şəxsindən olub. Bu rəqəmlə Fransa milyonçuların tərk etdiyi ölkələr arasında birincidir.

 

Fransanı Çin izləyir. İlk beşlikdə Türkiyə və Braziliya da yer alır. Braziliyadan 8 min, Türkiyədən isə 6 min zəngin şəxs fərqli ölkələrə köçüb.

 

Hesabata görə, ötən il 1 milyon dollardan çox əmlaka sahib olan 13 milyon 600 min şəxs qeydə alınıb. Bu şəxslərin toplam əmlakı 69 trilyon dollar edir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR