“Harvi” qasırğasının neft bazarına təsiri azalır, WTİ nefti bahalaşır

Neftin qiymətində qeyri-stabillik davam edir. “Harvi” qasırğasının iqtisadiyyata təsiri azaldıqca, Qərbi Texas neftinə tələbat artmağa başlayıb. Qasırğanın Birləşmiş Ştatların neft sektoruna təsiri gözlənilən səviyyədə dağıdıcı olmayıb. Artıq sahil xəttində yerləşən neftayırma zavodlarının bir hissəsi fəaliyyətini bərpa edib. Bununla belə “Harvi” qasırğası ABŞ-da gündəlik hasilatın 10 milyon barel səviyyəsinə çatmasına bir müddət mane olacaq. Bu isə bazarda OPEK-in mövqelərinin möhkəmlənməsi deməkdir.

 

Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 52,26 dollardan satılır, Qərbi Texas nefti isə 47,55 dollara təklif olunur. İki marka arasında fərq 5 dollara yaxın olsa da, həftə ərzində WTİ neftinə tələbatın artacağı gözlənildiyindən, qiymət fərqi də azalacaq.

 

Bu gün Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair növbəti hesabatı açıqlayacaq. Ekspertlər ötən həftə ərzində ehtiyatların rekord həddə azaldığını ehtimal edirlər. Bu ehtimallar təsdiqlənərsə, qiymətlərin bahalaşması davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR