Bakıda yanacağı bitən “Mercedes” ağır qəzaya səbəb oldu: yaralanan var
Bakıda yanacağı bitən avtomobil ağır yol-nəqliyyat hadisəsinə səbəb olub. APA TV-nin məlumatına görə, yol qəzası Aeroport şosesində qeydə alınıb.
“Mercedes” markalı avtomobil hava limanı istiqamətində hərəkətdə olarkən yanacağı bitib. Mühərriki işə sala bilməyən sürücü avtomobili yolun hərəkət hissəsində qoyaraq yanacaq almaq üçün yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Bu zaman arxadan gələn “Kia” markalı avtomobil yolun hərəkət hissəsində hərəkətsiz dayanan “Mercedes”ə çırpılıb. Qəzadan sonra arxada hərəkətdə olan “London taksisi”sinin sürücüsü idarəetməni itirib və avtomobili “Kia”ya çırpıb.
Qəza nəticəsində “Kia”nın sürücüsü, 1991-ci ilə təvəllüdlü Tərlan Kazımov ağır bədən xəsarətləri alıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırlıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Qəzadan sonra Heydər Əliyev prospektində və Aeroport şosesinin hava limanına doğru hissəsində bütün zolaqlar üzrə hərəkət sürəti 60 km/saata endirilib. Yolun bir neçə zolağında hərəkət dayanıb, uzun tıxac yaranıb.
Qəzaya uğrayan avtomobillər yolun hərəkət hissəsindən təxliyə edildikdən sonra nəqliyyatın normal hərəkəti bərpa edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub