Millimizin darmadağın və rekordlar gecəsi
DÇ-2018-in seçmə mərhələsində 8-ci turun oyunları keçirilir. C qrupunda mübarizə aparan milli komandamız da növbəti oyununa çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda San Marinonu qəbul edib və rəqibi 5:1 hesabı ilə darmadağın edib. Millimizin heyətində Əfran İsmayılov dubl edib Araz Abdullayev və Rəşad Sadıqov hərəyə bir qol vurublar. San Marino millisində Miçel Cevoni avtoqola imza atıb. Rəqibin təsəlli qolunu Mirko Palazzi vurub.
Bunadək bir oyunda 4-dən çox top vurmayan komandamız tarixinin ən yüksək məhsuldarlığını göstərib. Bu qələbə həm də ən böyükhesablı uğurumuzun təkrarıdır. İndiyədək millimizin rekordu 4 top fərqli qələbə idi. 1999-cu ildə Lixtenşteyni 4:0 yenən yığmamız 18 ildən sonra rekordunu təkrarladı. Bu dəfə daha çox qol vuran komandamız yenə 4 top fərqi ilə qalib gəldi. Lakin ilk dəfə 5 qol vurmaqla 3 xal qazandı.
Azərbaycan millisi tarixinin daha bir rekorduna da imza atıb. Seçmə mərhələlərdə ilk dəfə yığmamızın xal hesabı iki rəqəmli ədədlə ifadə olunub. Belə ki, San-Marinonu məğlub edən komandamız aktivini 10 xala çatdırıb. Bu nəticə Avropa səviyyəsində aşağı göstərici olsa da, millimiz üçün görünməmiş nailiyyətdir. AÇ-1996-dan beynəlxalq arenaya çıxan komandamız qrupda son sıralarda var-gəl edib və xal ehtiyatı ilə öyünə bilməyib. Əvvəlki 11 seçmə tsikldə ən yaxşı halda 9 xal toplamışıq. Bu da DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edib.
Qazanılan 3 xalla həm də qələbə rekordu müəyyənləşib. İndiyədək yığmamız heç vaxt mərhələdə 3 dəfə qalib gəlməmişdi.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub