Şamaxıda oğul atasını qəddarlıqla öldürdü - TƏFƏRRÜAT
Şamaxıda qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə qeydə alınıb.
Rayon sakini, 1971-ci il təvəllüdlü Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb.
Başından və bədənindən ağır zərbələr alan A.Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı dünyasını dəyişib. Cinayəti törədən Q.Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Q.Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.
Hadisə ilə əlaqədar Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub