BRİKS: Koreya böhranı sülh yolu ilə həll olunmalıdır
Çinin Syamen şəhərində Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu BRİKS ölkələri birliyinin sammiti öz işinə başlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu ilki sammitin əsas qayəsi üzv ölkələrlə qarşılıqlı səmərə əməkdaşlığının, habelə sülhün daha da möhkəmlənməsi, qlobal idarəçilik sisteminin daha da təkmilləşdirilməsidir.
Sammitin gedişində BRİKS üzvü olan dövlətlər Şimali Koreya tərəfindən keçirilən nüvə sınağı ilə bağlı narahatlıq ifadə edib, rəsmi Pxenyanın bu addımını pisləyiblər.
Bu fakt əksini sammitin nəticələri əsasında qəbul edilən "Syamen bəyannaməsi"ndə də tapıb. Sənəddə həmçinin BRİKS ölkələrinin birtərəfli iqtisadi sanksiyaların tətbiqi, habelə hərbi intervensiya siyasəti, o cümlədən beynəlxalq hüququn pozulmasına yönələn addımları qəti şəkildə pislədiyi qeyd edilməklə, Şimali Koreya böhranının yalnız sülh yolu ilə həll olunmalı olduğu vurğulanıb.
Bəyannamədə ölkələr dünyada sülh və sabitliyin təminatçısı olan BMT-nin dəyərlərinə sadiqlik ifadə etməklə yanaşı, Çin və Rusiyanın Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının beynəlxalq aləmdəki proseslərdə iştirakını dəstəklədiklərini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub