İki marka arasında qiymət fərqi artır: Neft bazarında qeyri-müəyyənlik

Neftin dünya bazarlarındakı qiymətləri ötən həftəni lokal maksimum səviyyəsində başa vursa da, sabitləşdiyi diapazondan kənara çıxa bilməyib.

 

APA TV-nin məlumatına görə, indi brokerləri düşündürən əsas məqam cari həftədə qiymətlərin artıb-artmayacağı məsələsidir. "Qara qızıl"ın birja dəyərinə gəlincə "Brent" markası üzrə bağlanan füçerslərin qiyməti 52,46 dollar həddinə çatıb. WTI neftinin qiyməti isə 1 barelə görə 0,03 dollar yüksələrək 47,32 dollar təşkil edib.

 

Bu arada, brokerlər neftin qiymətlərində artımın hələ davam edəcəyini iddia edir.

 

Yeri gəlmişkən, neftin qiymətlərinə təsir edən daha bir amil kimi ABŞ-dakı neft hasilatı həcminin sutkada 12 barelədək azalmasını göstərmək olardı, amma bu kəsir Alyaskada hasilatın 14 min barelə çatdırılması ilə kompensasiya olunub.
 

Daha bir nəzərəçarpacaq məqam isə "Brent"in ABŞ-a məxsus WTI markası arasındakı qiymət fərqinin sürətlə artmasıdır ki, bunun da qiymətlərə necə təsir edəcəyi yaxın gələcəkdə özünü göstərəcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR