İmişlidə ev yandı - 3 GÜN SONRA TOY OLACAQDI
İmişlidə yaşayış evi yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi İmişli şəhər sakini, Cavanşir Kərimova məxsus evdə qeydə alınıb.
Üç gün sonra toya hazırlaşan ailə faciə ilə üzləşib. Qəfildən başlayan və qısa müddətdə güclənən alov evi tamamilə əhatəsinə alıb. Bir mərtəbədən ibarət olan 5 otaqlı evin içərisində yeni gətirilən cehizlər də yanıb. Qonşular köməyə gəlsə də, yanğın güclü olduğundan alovu söndürməkdə aciz olublar:
Yanğın zamanı ümumi sahəsi 160 kv.metr olan kürsülü evin yanar konstruksiyaları tamamilə yanıb. Yaxınlıqda ümumi sahəsi 80 kv.metr olan kürsülü birmərtəbəli 4 otaqlı evin də çardağının yanar konstruksiyaları yanıb. Yanğının söndürülməsinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.
Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub