Pentaqon rəhbəri: "Şimali Koreyanın tam məhvinə hazırıq"
"ABŞ Şimali Koreyanı tam məhv etmək üçün iş aparır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Pentaqon rəhbəri Ceyms Mettis açıqlayıb.
Müdafiə naziri əlavə edib ki, Vaşinqton Pxenyanın özünə və müttəfiqlərinə qarşı yönəlmiş hədələrinə hərbi yolla cavab verəcək: "Biz heç bir dövlətin məhvinə razı deyilik. İstənilən ölkə ilə problemləri dialoq yolu ilə həll etmək olar. Amma Şimali Koreya ilə bu, mümkünsüz kimi görünür".
Mettis onu da əlavə edib ki, prezident Donald Tramp artıq hərbi müdaxilə planı ilə tanışdır: "Bizim hərbi variantlarımız da çoxdur, prezident onların hər biri ilə maraqlanıb. Biz onu aydın şəkildə başa salmışıq ki, özümüzü və bölgədəki müttəfiqlərimizi - Cənubi Koreya və Yaponiyanı müdafiə etməyə qadirik".
Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Tramp bir neçə dəfə Şimali Koreyanın ballistik raket sınaqlarına son qoymayacağı təqdirdə bu ölkəyə sarsıdıcı zərbələr endiriləcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub