Bərdə sakinin həyətindən çətənə kolları aşkarlandı

Bərdə polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə sakininin həyətində xüsusi qaydada əkilmiş çətənə kolları aşkarlanıb.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Zümürxan kəndində polis əməkdaşları daxil olan məlumat əsasında kənd sakini Teyyub Məmmədova məxsus həyətə baxış keçirib və oradan 17 ədəd, hər birinin uzunluğu 170-190 santimetr olan çətənə bitkisi və 3,8  kiloqram qurudulmuş marixuana aşkar edilərək götrülüb.

 

 

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR