Zaqatalada baş cərrah maşını ağaca çırpdı - BİR AİLƏ ÖLÜMDƏN DÖNDÜ

Zaqatala Diaqnostika Mərkəzinin baş cərrahı yol qəzasına düşüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 1-i axşam saatlarında baş verib.

 

Zaqatala şəhər sakini, 1982-ci il təvəllüdlü İlqar Soltan oğlu Rəhimov idarə etdiyi “Mitsubishi” markalı 62 BF 942 dövlət nömrəli minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü İlqar Rəhimov, onun həyat yoldaşı Zəhra Zahid qızı Rəhimova və 5 yaşlı oğlu Orxan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

 

Mərkəzdən verilən məlumata görə, yaralılardan İlqar Rəhimovun və Zəhra Rəhimovanın müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Orxan isə vəziyyəti yüngül olduğundan, müayinə edildikdən sonra evə buraxılıb.

 

Qeyd edək ki, qəzaya düşən İlqar Rəhimov Zaqatala Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsinin müdiridir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR