Qayınanasının evindən pul oğurlayıb özünə paltar aldı
Ağdamda qayınanasının evindən oğurluq edən kürəkən tutulub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Məhərrəmova Şəkər İsa qızına məxsus evə daxil olan naməlum şəxs oradan 140 manat pul və qızıl-zinət əşyaları oğurlayıb. Şəkər Məhərrəmovanın Ağdam Rayon Polis Şöbəsinə müraciəti əsasında əməliyyat-axtarış tədbirləri nəticəsində kürəkəni Hüseyn Mübariz oğlu Zeynalov saxlanılıb.
Müstəntiq Bəhram Təhməzov bildirib ki, Hüseyn Zeynalov hadisədən sonra Bakı şəhərinə gedərək özünə müxtəlif geyim əşyaları alıb.
Hüseyn Zeynalov istintaqa ifadəsində törətdiyi əməli etiraf edib. O, oğurladığı qızıl-zinət əşyalarını polisə təqdim edib: "İçkili vəziyyətdə getdim qayınanamgilə, gördüm yatıblar. Evin arxasındakı "reşotka"nın arasından keçdim içəri. Sandığın içindən götürdüm çıxdım. Oradan getdim Bərdəyə, Bərdədən də Bakıya getdim, 140 manata özümə paltar aldım".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub