Belçikada PKK-nın narkotik şəbəkəsi çökdürüldü

Belçikada narkotik maddələrin dövriyyəsi ilə məşğul olan PKK terror təşkilatına aid qrup ələ keçirilib.

 

APA TV-nin məlumatına görə, Avstriya və Belçikada keçirilən əməliyyatlarla Avropanı əhatə edən şəbəkə çökdürülüb.

 

Mərkəzi Hasselt şəhəri olan şəbəkənin narkotik məhsulları Belçikanın Anvers və Hollandiyanın Rotterdam limanlarından Avropaya keçirdiyi müəyyən olunub. Limanlarla gətirilən narkotik maddələr şəbəkə üzvləri tərəfindən 5 kiloqramlıq paketlərə bölünərək, avtomobillərin gizli yerlərində Almaniya, Belçika, Fransa, Hollandiya və İsveçrə daxil olmaqla Avropanın yarısında satıblar.

 

Təhqiqat çərçivəsində bir evə basqın nəticəsində 30 kq kokain, 12 kq heroin və çoxlu sayda narkotik həblər, silah və 800 min avro pul ələ keçirilib.

 

Avstriyada 4 nəfərə ümumilikdə 21,5 il həbs cəzası kəsilib, qaçan beşinci şəxs axtarışdadır. Belçikada isə şəbəkənin lideri başda olmaqla 10 nəfər saxlanılıb.

 

"Het Belang van Limburg" qəzetinin yazdığına görə, təkcə heroin satışından il ərzində milyonlarla avro əldə edildiyi və bu pulların PKK-ya göndərildiyi güman olunur.

 

Qeyd edək ki, qadağan olunmasına rəğmən, PKK-nın Avropada ən çox fəaliyyət göstərdiyi ölkələrin önündə Belçika gəlir. Bu ölkədə terror təşkilatının çoxlu sayda liderləri yaşamaqdadır. 2014-cü ildə PKK-nın Belçikada düşərgə qurduğu bəlli olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR