Sərxoş sürücü xəstəxananın şüşələrini qırdı, tibb işçilərini döydü - GORANBOYDA İNSİDENT
Ötən gecə Goranboy Rayon Mərkəzi Xəstəxanasında sərxoş şəxsin iştirakı ilə insident yaşanıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Zeynalov sərxoş olub-olmaması üçün xəstəxanaya gətirilib. Lakin A.Zeynalov tibb müəssisəsində tibb işçilərinə etiraz edib və onlarla əlbəyaxa olub.
İnsident nəticəsində sərxoş şəxs tibb işçilərinə xəsarət yetirib. Bununla kifayətlənməyən A.Zeynalov xəstəxananın pəncərələrini də qırıb.
Hadisə yerinə dərhal polis çağırılıb. A.Zeynalovun ağır dərəcəli sərxoş olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:50
883
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
883
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1210
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
785
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
785
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
616