Küləkli hava davam edəcək

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumatına görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 23-25, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz  32-37, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR