Kabardin-Balkar su altında qaldı - ÖLƏN VƏ İTKİN DÜŞƏNLƏR VAR

Dünən axşam saatlarından başlayaraq Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında sel sularının daşması nəticəsində 7700 nəfərin ətraf aləmlə əlaqəsi kəsilib.

 

APA TV-nin Rusiya mediasına istinadən xəbərinə görə, buna əsas magistral xəttin və körpünün uçması səbəb olub.

 

Güclü sel axını düzəldilmiş bəndləri sıradan çıxarıb. 400 nəfər fəlakət zonasında qalıb. Köməksiz vəziyyətdə qalanlar arasında uşaqlar və turistlər çoxluq təşkil edir. Təbii fəlakət zamanı 1 nəfər ölüb, 3 nəfərin itkin düşdüyü bildirilir. Qaz xəttinin sıradan çıxması nəticəsində isə bir necə rayon qazsız qalıb.

 

Havanın əlverişsiz olması xilasetmə əməliyyatlarını çətinləşdirir. Hazırda Rusiya FHN-in əməkdaşları helikopterlərlə əraziyə nəzarət edir, köməksiz vəziyyətdə qalmış insanları ərazidən uzaqlaşdırırlar. Sinoptiklər sabaha qədər güclü yağışların davam edəcəyini bəyan ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR