Neftin qiyməti sabitləşir
Dünya bazarında xam neftin qiymətlərində stabilləşmə müşahidə olunur. APA TV-nin məlumatına görə, hazırda birjalarda Brent neftinin qiyməti 52-53 dollar arasında dəyişir.
Qiymətlər bu səviyyəyə avqustun son günündə çatıb. Sentyabrın ilk günlərində bu markadan olan neft 52 dollardan aşağı düşməyib. Hazırda Brent nefti 52,73 dollara satılır.
Qərbi Texas nefti isə ötən gün axşam saatlarından 60 sent bahalaşıb. WTİ markalı neft hazırda 47,33 dollardan təklif olunur. Bu markadan olan neft son həftələrdə xeyli ucuzlaşmışdı.
İki marka arasında qiymət fərqi hazırda 5 dollardan çoxdur. Son 24 saat ərzində qiymət cədvəlində baş verən dəyişiklik Qərbi Texas neftinin Brent neftinə nisbətən daha çox bahalaşacağını göstərir. Aralarındakı fərqin 3-4 dollara düşmə ehtimalı var.
Meksika körfəzində baş verən Harvi qasırğasına görə ABŞ-da bir çox neft emalı zavodları fəaliyyətini dayandırıb. Donald Tramp qasırğaya görə qiymətlərin qalxmaması üçün bölgədəki strateji neft ehtiyatlarının açıldığını elan edib. ABŞ 2012-ci ildən bəri ilk dəfədir ehtiyatları istifadəyə verir. Harvi qasırğası neft emalına mənfi təsir etsə də, Qərbi Texas neftinin qiyməti bahalaşmayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub