Rusiyanın ABŞ-dakı konsulluğunda axtarış aparılacaq
Sentyabrın 2-də ABŞ xüsusi xidmət orqanları tərəfindən Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, axtarışlar diplomatik missiyanın əməkdaşlarının mənzillərində də aparılacaq. “ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər vətəndaşlarımızın təhlükəsizliyinə birbaşa təhlükə yaradır”, deyə M.Zaxarova vurğulayıb.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu-Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.
OXŞAR XƏBƏRLƏR
12:50
891
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
888
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1218
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
785
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
785
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
616