“Qarabağ” “transfer pəncərəsi”ni iki ciddi transferlə bağladı
Yay “transfer pəncərəsi”nin son günündə “Qarabağ” növbəti iki transferini həyata keçirib. APA TV-nin məlumatına görə, hər iki futbolçu Yunanıstan klublarında çıxış edir.
Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında təmsilçimizin heyətində keçirəcək. 27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir. Qeyd edək ki, daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.
“Qarabağ”ın yeddinci transferi Norveç millisinin üzvü Tarik Elyunussi olub. Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. Ötən ilin yayında futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub