Azərbaycan boksçusu dünya çempionatının finalında!

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında finalçıların adına aydınlıq gəlib. APA TV-nin məlumatına görə, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

 

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

 

Məcidov bu gün baş tutacaq həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gələcək.

 

Qeyd edək ki, yarışa 4 boksçu ilə qatılan komandamızın aktivində hələlik bir bürünc medal var. Mükafatı ölkəmizə Kamran Şahsuvarlı (75 kq) qazandırıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR