Penalti, avtoqol... Millimiz Norveç yığmasına uduzdu

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi növbəti oyununa çıxıb. APA TV-nin məlumatına görə, yığmamız mərhələdəki yeddinci oyununda səfərdə Norveçlə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Rəqib ilk qolu penaltidən vurub. Bədavi Hüseynovun kobud oyunundan sonra hakim qapımıza penalti təyin edib. Rəqib yaranmış fürsətdən məharətlə istifadə edib.

 

Millimizin kapitanı Rəşad Sadıqovun avtoqolu isə matçın yekun nəticəsini müəyyənləşdirib. Bu, millimizin seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətidir.

 

Qrupun digər oyununda Almaniya Çexiyaya (2:1), Şimali İrlandiya isə San Marinoya (3:0) qalib gəlib.

 

Bu nəticələrdən sonra millimiz turnir cədvəlində bir pillə geriləyərək 5-ci yerə düşüb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR