Bu gün Yerə çox nəhəng asteroid yaxınlaşacaq

Amerika Milli Kosmik Agentliyinin - NASA-nın yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşır.

 

"Florens" asteroidi bu gün - sentyabrın 1-də planetimizin minimal yaxınlığından, yəni 7 milyon kilometr aralı məsafədən keçir.

 

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Vaqif Xəlilov APA TV-yə bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik olub. "Florens" isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, "Florens" sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər. "Florens"in növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR