Lavrov: "Qarabağ və Dnestryanı münaqişələri çoxdan həll olunardı, əgər..."
"Qərb bizim təkliflərimizi qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələri çoxdan həll olunar, Ukrayna böhranı isə heç baş verməzdi”.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı” - deyə Lavrov vurğulayıb.
Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlət olmaqla son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasının qəbul etdiyi bütün bəyannamələrə sadiqdir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub