Ukraynalı turist ərini dənizdə batmaqdan xilas etdi - TÜRKİYƏDƏ İNSANLIQ DRAMI

Türkiyədə ukraynalı turist qadın həyat yoldaşını dənizdə boğulmaqdan xilas edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Antalya şəhərində baş verib.

 

Antalyanın Kəmər qəsəbəsində tətil edən Oleksi Zainçkovski dənizdə üzərkən anidən halı pisləşib və batmağa başlayıb. Həyat yoldaşı Anastasiya əvvəlcə onun zarafat etdiyini düşünüb. Lakin az sonra Oleksinin hərəkətsiz qaldığını görərək, məsələnin ciddiliyini anlayıb və onu sudan çıxarmağa çalışıb. 25 yaşlı Anastasiyanın çağırışına səs verən digər turistlərin və xilasedicilərin köməyi ilə Oleksi sahilə çıxarılıb və xəstəxanaya yerləşdirilib. Hazırda həyatı üçün təhlükə yoxdur.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR