Tramp miqrant uşaqlarla bağlı proqramı ləğv edir
ABŞ prezidenti Donald Tramp miqrantlarla bağlı daha bir proqramı ləğv edir.
APA TV-nin məlumatına görə, kiçik yaşda ABŞ-a gələn qaçqın və köçkünləri qanuni statusla təmin edən DACA proqramının ləğv ediləcəyi açıqlanıb.
Ağ Evdən verilən açıqlamada bildirilib ki, prezident Tramp seçkiqabağı kampaniya dövründə verdiyi vədə uyğun olaraq, köçkün uşaqların yararlandığı “Uşaqlıq dövründə ABŞ-a gələnlər üçün təxirə salınmış addım” proqramına son qoyacaq.
Araşdırmalara görə, DACA-nın ləğv edilməsi ilə işləmək üçün işləmək izni başa çatan 30 min insan işdən çıxmaq zorunda qalacaq. Cato İnstitutunun analitiklərindən David Bier qeyd edib ki, DACA-nın sonlandırılması ilə 2 ildə 2 milyard dollara qənaət olunacaq.
Qeyd edək ki, ABŞ-a qeyri-qanuni yolla girən 790 min köçkün uşağın yararlandığı proqrama 2012-ci ildə sabiq prezident Barak Obama dövründə start verilib. 16 yaşı tamam olmamışdan öncə ABŞ-a gələn, 2012-ci ildə 31 yaşına çatmamış və ABŞ-da cinayət törətməmiş təhsil alan köçkünlərin yararlandığı proqram ABŞ ordusunda qulluq edən miqrantlar üçün də keçərli idi.
DACA-nın ləğvi qərarı ABŞ-a etirazlara səbəb olub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub