Bakıda 34, bölgələrdə 38 dərəcə isti olacaq

Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR