Ramil Şeydayev “Qarabağ”da!

Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabag" hücum xəttində rəqabət yaratmaq məqsədilə yeni transfer həyata keçirib.

 

“Qarabağ” millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb. APA TV -nin  xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.

 

Müqavilə ilə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında Ağdam komandasında keçirəcək.

 

21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yay “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiya “Jilina”sına keçib.

 

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR