Təzəpir məscidində bayram namazı qılındı
Bu gün dünya müsəlmanları Qurban bayramını qeyd edir. Bu münasibətlə Təzəpir məscidində bayram namazı qılınıb, dualar oxunub.
Təzəpir məscidinin axundu Mircəfər Əyyubovun rəhbərliyi ilə qılınan namazda şəhidlərin və İslam dinində müqəddəs sayılan şəxslərin ruhuna dualar oxunub, xalqımıza və millətimizə əmin-amanlıq arzulanıb.
Məscidin axundu dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, ən xoş diləklərini ifadə edib: "Allah bayramınızı mübarək eləsin! Sizin timsalınızda bütün xalqımızı, müsəlmanları təbrik edirəm. Allah-təala müsəlmanların məkanında, coğrafiyasında hər gün gördüyümüz alov-ocaqlarını tezliklə uzaqlaşdırsın".
Öz növbəsində dindarlar da bu müqəddəs bayram münasibətilə xalqa öz təbriklərini çatdırıblar: "Mən Allahdan onu arzulayıram ki, işğal olunmuş torpaqlar azad olunsun. O cümlədən bizim Kəlbəcərimizdə məscidimiz vardı. Öz namazımızı orada qılıb, qurbanımızı kəsək".
Dindarlar öz arzularında da həmrəy idilər: "Allah gələn günlərimizi əmin-aman eləsin. Cəmi müsəlman dünyasında bu Qurban bayramından başlayaraq gələn bayramadək sakitlik olsun, müharibələr dayansın".
Qurban bayramı müsəlmanlara həm də ruzisini paylaşmaq ənənəsi aşılayır. Allah kəsdiyiniz qurbanları qəbul eləsin!
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub