Ərdoğan: “ABŞ PKK-nı qoruyan bir ölkə səviyyəsinə düşüb”
“Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik çəkirəm”. APA TV-nin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühafizəçilərinə qarşı cinayət işi açılmasına münasibət bildirərkən deyib.
İstanbulda bayram namazından sonra jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan bu hadisəni qalmaqal kimi qiymətləndirib. “Bu skandaldır. Amerikada ədalət sisteminin necə çalışdığının çox açıq göstəricisidir. BMT Baş Assambleyasına gələn qonaqları ABŞ-ın təhlükəsizlik orqanları qorumalıdır. ABŞ üzərinə düşən bu məsuliyyəti yerinə yetirmirsə, orada bizə hücum edən PKK terror təşkilatı mənsublarına qarşı mənim mühafizəçilərim öz vəzifəsini yerinə yetirməyəcəkmi? Onlar da təbii ki, bu hücumlar qarşısında öz vəzifələrini yerinə yetirdilər”.
Ərdoğan ABŞ prezidenti Donald Trampla növbəti görüşündə bu məsələni müzakirə edəcəyini vurğulayıb: “Hazırda Xarici İşlər və Ədliyyə nazirliklərimiz lazımi danışıqları davam etdirirlər. Lakin Amerikadakı bu hadisələr yaxşı deyil. Amerika hələ də FETÖ rəhbərinin qorunduğu bir ölkədir. Amerika hətta PKK terror təşkilatını qoruyan bir ölkə səviyyəsinə düşüb”.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub