Myanma müsəlmanları fasiləsiz olaraq ölkədən qaçır - HÖKUMƏT İSƏ SUSUR

Myanma ordusunun Arakan müsəlmanlarına qarşı zorakı əməliyyatları davam edir. Son olaraq, əksəriyyəti qadınların və uşaqların olduğu 26 nəfər Banqladeşə qaçarkən qayıqları batıb və suda boğulub.

Ölkədə ordu qüvvələri tərəfindən başladılan hücumlardan sonra Banqladeş sərhədinə doğru qaçışlar fasiləsiz davam edir. Beynəlxalq Miqrasiya Təşkilatı təxminən 30 min Arakan müsəlmanlarının cümə günündən etibarən Banqladeşə keçdiyini açıqlayıb. İki ölkə sərhədi arasında isə təxminən 20 min müsəlmanın qaldığı deyilir.

Banqladeşə qaçan arakanlı müsəlmanların sözlərinə görə, onların ölkədən çıxardılması üçün sistemli bir şəkildə əməliyyatlar davam edir. Myanma hökuməti isə öz növbəsində ordunun yalnız terroristlərə qarşı əməliyyatlar apardığını və əsgərlərə yalnız mülki şəxslərin qorunması göstərişinin verildiyini iddia edir.

Bu arada, Yanqon şəhərində nümayişlər təşkil edən buddist milliyyətçilər pisləşən vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməsinə dair hərbçilərə çağırış edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR