Bakıda telefonla danışan avtobus sürücüsü qəza törədib - 11 YARALI
Bakının Sabunçu rayonu ərazisində iki sərnişin avtobusu toqquşub. APA TV xəbər verir ki, bunlar 198 və 173 saylı xətt marşrutları üzrə hərəkət edən "Isuzu" və "Daewoo" markalı avtobuslar olub. Hadisə Zabrat-Balaxanı yolunda qeydə alınıb.
Məlumata görə, avtoqəza nəticəsində 11 nəfər - 1 yaşlı Hüseynli Həsən Rauf oğlu, 14 yaşlı Xalıqov Fərhad Zəkulla oğlu, 1996-cı il təvəllüdlü Mahir Hüseynov, 1995-ci il təvəllüdlü Günel İsgəndərli, 1987-ci il təvəllüdlü Gülanə Hüseynova, onun həmyaşıdı Rauf Hüseynov, 1971-ci il təvəllüdlü Sahib Mehdiyev, 1970-ci il təvəllüdlü Binnət İsmayılov, 1965-ci il təvəllüdlü Vidadi Bayramov, 1960-cı il təvəllüdlü Gülzar Səmədova və 1952-ci il təvəllüdlü Nurəddin Əliyev xəsarət alıb. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına müraciət edib. Onlardan vəziyyəti ağır olan S.Mehdiyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Digər 10 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Hadisənin səbəbi də məlumdur. Bildirilir ki, 198 saylı xətt marşrut avtobusunun sürücüsü hərəkət zamanı mobil telefondan istifadə etdiyi üçün qarşıdakı nəqliyyat vasitəsini diqqətindən yayındırıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub