ABŞ-da hər kəs üçün qızıl unitaz - 1 DOLLARA

Nyu-Yorkdakı Solomon Quqgenheym müasir incəsənət muzeyi öz ziyarətçilərinə qeyri-adi xidmət də təklif edir. APA TV məlumat verir ki, bu muzeyi ziyarət edən 1 dollar qarşılığında qızıldan hazırlanmış unitazdan istifadə edə bilər.

"Amerika" adını daşıyan bu layihə Maurisio Kattelana məxsusdur. Eksponat 750 əyarlıq xalis qızıldan hazırlanıb və bundan əvvəl muzeyin 4-cü mərtəbəsində sərgilənən unitazın eynilə bənzəridir. Fərqi isə bunun təyinatı üzrə istifadə edilə bilməsidir.

Unitaz hər 20 dəqiqədən sonra xüsusi maddə ilə təmizlənir və bu işə xüsusi mühafizəçilər nəzarət edir. Eksponat layihə müəllifi Frenk Lloyd-Raytın olan spiralabənzər binanın 5-ci mərtəbəsində yerləşdirilib. Deyilənə görə, belə bir qeyri-adi eksponatın sərgilənməsində məqsəd gəlir bərabərsizliyinə diqqət çəkməkdir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR