Mumbayda qəzalı bina uçub - ÖLƏNLƏR ARTA BİLƏR
Hindistanın Mumbay şəhərində altımərtəbəli binanın çökməsi nəticəsində azı 22 insan həyatını itirib. APA TV "Euronews"a istinadən xəbər verir ki, təxminən 10 nəfərin də dağıntılar altında qaldığı güman olunur.
Ərazidə hazırda xilasetmə işləri aparılır. Xilasedicilər indiyə qədər 35 insanı oradan sağ çıxara bilib. Onlardan ciddi travma almış 13 nəfəri xəstəxanaya yerləşdirilib.
Artıq 117 yaşı olan binanın uçmasının səbəbi istifadə müddətini başa vurmasıdır. Hələ 2011-ci ildə qəzalı bina kimi elan edilərək sökülməsi nəzərdə tutulsa da, buradan uşaq bağçası, mağaza anbarı və yaşayış kimi istifadə edilib. Bina uçan zaman anbarda yanğın olub və oradakı məhsulların da yanması insanların zəhərlənməsi ilə nəticələnib.
Məlumata görə, hazırda şəhərdə 791 bu cür istifadə müddətini başa vurmuş və qəzalı yaşayış binası var.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub