Oğuz meşələrindəki yanğın Şahdağ Milli Parkına da keçib
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisinə keçib.
Bu barədə APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Məlumata görə, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub. Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
12:50
891
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
888
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1217
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
785
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
785
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
616