Ağcabədidə canavarlar 35 qoyunu yaraladı

Ağcabədidə canavarlar  kəndə hücum edib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Şənlik kəndində qeydə alınıb.  Kənd sakini Arif Məmmədova məxsus təsərrüfata  hücum edən canavarlar  150 başlıq qoyun sürüsündən 35 xırdabuynuzlu heyvanı yaralayıb, iki heyvanı isə tələf ediblər.

 

Hadisə gecə saatlarında baş verdiyindən təsərrüfat sahibi canavarların sürüyə hücum etməsindən xəbərsiz olub. Kəndə gələn   Ağcabədi rayon Baytarlıq İdarəsinin əməkdaşları yaralı heyvanlara vaksin vuraraq onları sürüdən ayırıblar.  Tələf olan heyvanları isə kənddən kənarda basdırıblar.

Arif Məmmədov hadisənin təfərrüatlarını belə açıqlayıb: "Səhərə yaxın idi, səsə çıxdım, gördüm ki, canavarlar heyvanlara hücum edib. İkisi ölüb, qalanı yaralıdır. Zəng vurdum ərazi nümayəndəsinə, gəldilər, yaralı heyvanlara vaksin vurdular. Ölən heyvanları da basdırdılar. İki heyvanım ölmüşdü, 35 heyvan də yaralanmışdı. Ölən heyvanlar ayaq altında qalıb ölmüşdü. Yarası yox idi".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR