55 yaşlı səyyah Cəlilabada çatdı: "İsti havanı çox sevirəm"

Dünya səyahətinə çıxan iveçrəli, 55 yaşlı səyyah Cəlilabadda olub. APA TV-nin Сənub bürosunun verdiyi məlumata görə, Aurelio Monn may ayından yola çıxıb.


İndiyə kimi 15 ölkə qət edən velosəyahətçi əsasən meyvə şirələrini  daha çox qəbul etdiyini deyir. Xərclərə qənaət etmək üçün isə  hotellərdə yox , çadırda qalmağa üstünlük verir. O, ölkəmizdə olduğu müddət ərzində paytaxt Bakıya da baş çəkib.

Əcnəbi səyahətçi  deyir ki, Azərbaycanın təbiəti öz gözəlliyi ilə digər qonşu  ölkələrdən fərqlənir. Çünki burada həm isti çöllərə, həm də sərin meşələrə rast gəlmək mümkündür:

 

"Burada hava İrandakı kimi çox qurudur. Mən də isti olduğu üçün səhraları çox sevirəm. Bakı  gözəl şəhərdir. Dəniz qoynundadır. Bildiyimə görə, "Formula" iki ildir ki, burada keçirilir".

 

Gün ərazində 150 km-ə yaxın yol qət edən səyyah səhhətində hər hansı bir problem  yaşamayıb. Hədəfi isə səfəri Tailandda başa çatdırmaqdır.

 

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR