Tərtər sakinini keçmiş qaynı bıçaqlayıb
Tərtərdə сinayət hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, rayon sakini, 1990-cı il təvəllüdlü Tağı Mətləb oğlu Həsənov aralarında yaranmış mübahisə zəminində keçmiş qaynı, 1991-ci il təvəllüdlü Ruslan Ağalarova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Ruslan Ağalarov ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirir:
"Ağalarov Ruslan Ağalar oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çoxsaylı bıçaq yaraları ilə daxil olub. Xəstə dərhal əməliyyat masasına götürülmüb, səhhəti stabildir".
Hadisəni törədən Tağı Həsənov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub