Saxlanılan şəxs: "Seyfi qırdım, gördüm ağ qızıllar, Seyidi çağırdım"
Biləcəridə fərdi yaşayış evindən seyf oğurlanıb. Bu barədə vətəndaş Qardaşxan Orucov Daxili İşlər Nazirliyi (DİN) "102" Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən bildirib ki, evin pəncərəsi sındırılıb, mənzildə olan seyfin qapısı qırılıb, içərisindən külli miqdarda pul, eləcə də qızıl-zinət əşyalarının oğurlanıb.
APA TV-nin məlumatına görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin paytaxt sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib: "Gördüm iki gündür evin işığı yanır. Bildim evdə heç kim yoxdur. Mirhüseyni taksi kimi çağırdım, dedim gözlə, 15 dəqiqəlik işim var. Seyfi açdım ağ qızıllar var idi, götürdüm".
Hadisə günü KİA markalı maşını ilə taksi kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmuş Mirzəhüseyn Balayev də saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, R. Məmmədov sözügedən mənzildən oğurladığı qızıl-zinət əşyalarının bir qismini, eləcə də 2 ədəd qadın xəz dəri gödəkçəsini gizlətmək üçün qohumlarından birinə verib. Qeyd edilən qızıllar və digər maddi sübutlar R. Məmmədovun gizlətdiyi evdən aşkar edilərək götürülüb.
Bundan başqa, keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində R. Məmmədovun taladığı qızıl-zinət əşyalarının bir hissəsini 15000 manata Bakı şəhər sakini, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Xanbaba Səfərova satdığı müəyyən edilib. Həmin şəxs də saxlanılıb və ondan oğurluq yolla əldə etdiyi qiymətli əşyalar aşkar edilərək götürülüb: "Tanışı vardı bunun, gəldi ki, ağ qızılı var. Mən də qiymətləndirdim, 15000 manat verdim".
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub