Merkel Türkiyə ilə gömrük razılaşmasına veto qoydu

Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ilə Türkiyə arasında gömrük əlaqələrinin inkişafı haqqında razılaşmaya veto qoyub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Merkel bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkeri məlumatlandırıb.


Xatırladaq ki, ötən ilin sonunda qurum Türkiyədən 1996-cı ildən mövcud Gömrük Birliyinin genişləndirilməsi üçün danışıqlara icazə verməsini istəyib.

Razılaşmada əsas məqsəd Gömrük İttifaqını genişləndirərək, kənd təsərrüfatı məhsulları, kömür və polad məmulatlarının gömrükdən azad edilməsi, ticarət həcminin artmasına nail olmaqdır.

Avropa İttifaqı Komissiyası hesab edir ki, proses hər iki tərəfə əhəmiyyətli iqtisadi fayda verəcək. Gömrük Birliyinin genişlənməsi ilk növbədə Türkiyəyə yönəlib. Türkiyənin xarici ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqının payına düşür. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR