Sentyabr ayında temperatur bəzən 40 dərəcəyə yaxınlaşacaq - AÇIQLAMA
"Qurban bayramı günlərində hava əsasən yağmursuz keçəcək".
APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib: "Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək. Ayın 3-də şimal-qərb küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 22-25, günorta 30-35 dərəcə arasında dəyişəcək".
Bölgələrdə də əsasən, yağmursuz hava müşahidə olunacaq. Lakin sentyabrın 2-si və 3-də bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı gözlənilir: "Havanın temperaturu günorta saatlarında 33-38, dağlıq ərazilərdə isə 23-28 dərəcə arasında dəyişəcək. Ümumiyyətlə, bayram günlərində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Arabir güclənən şimal-qərb küləyi əsəcək".
Sinoptiklər sentyabr ayına olan hava proqnozunu da açıqlayıb. Orta aylıq temperatur iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Bəzi günlərdə paytaxtda və bölgələrdə havanın temperaturunun 39 dərəcəyə qədər yüksəlməsi gözlənilir.
Xatırladaq ki, sentyabrın 1-2-də geomaqnit qasırğası müşahidə olunacaq. Bu, bilavasitə Günəş alışması yox, tac dəliyindən başlanğıcını götürən Günəş plazma küləyi olacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub