Çin narahatdır: Yaponiya durmadan silahlanır

Yaponiyanın Müdafiə Nazirliyi Koreya yarımadasındakı gərginliklə bağlı addımlar atmağa başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nazirlik növbəti ilin büdcəsi üçün hərbi xərclərin 47,8 milyard dollara çatdırılması üçün hökumətə sorğu göndərib. Bu məbləğin müəyyən hissəsi müasir raket hücumundan müdafiə vasitələrinin alınmasına yönəldiləcək.

 

Hökumət buna nail olmasa arsenalındakı sistemlərdən istifadə etməyi düşünür.

 

Ölkənin hazırkı müdafiə büdcəsi 44 milyard dollar təşkil edir.

 

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi də Yaponiyanın müdafiə büdcəsinin artırılması istiqamətindəki addımlarından ölkəsinin ciddi narahatlığını ifadə edib.



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR