Bayram günlərinin hava proqnozu açıqlandı - İSTİLƏR BAŞLAYIR

Sentyabrın 1-də Bakı və Abşeron yarımadasında havayağmursuz. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Abşeronda havanın temperaturunun gecə  22-25, gündüz  31-36 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə  23-25, gündüz  34-36 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 

26-27,Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti təşkil edəcək.

 

Sentyabrın 2-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə  22-25, gündüz  30-35 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə  23-25, gündüz  33-35 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 

26-27,Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  19-24, gündüz  34-39, dağlarda gecə 14-19, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.

 

Sentyabrın 2-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunujn gecə  19-24, gündüz  33-38, dağlarda gecə 13-18, gündüz  23-28 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR