"Harvi" zəiflədi: DƏHŞƏTLİ STATİSTİKA
ABŞ-ın Texas ştatında 30 nəfərin ölümünə səbəb olan və dağıntılar törədən "Harvi" qasırğası Luiziana ştatına keçib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qasırğanın gücü nisbətən zəifləyib.
Hazırda "Harvi"nin sürəti saatda 55 kilometrə çatır, ötən bir neçə gün ərzində isə bu sürət saatda 215 kilometr təşkil edirdi. Qasırğa həmçinin leysanla müşayiət olunurdu.
Qeyd edək ki, qasırğa nəticəsində 500 min avtomobil yararsız vəziyyətə düşüb və metal tullantısına çevrilib.
Təbii fəlakət nəticəsində 30 nəfər ölüb, xəsarət alanlar var. On minlərlə insan təxliyə edilib. Müvəqqəti sığınacaqlarda 30 mindən çox insan yerləşdirilib. Fəlakət bölgəsinə ABŞ hərbi donanmasının desant gəmiləri çıxarılıb. Bərpa və xilasetmə işlərinə minlərlə hərbçi cəlb edilib.
Ölü sayı barədə rəqəmlər dəqiqləşdirilir. Hyuston şəhərində bir ailənin bütün üzvlərinin həyatını itirdiyi deyilir. Bir evdə isə baba, nənə və dörd nəvənin öldüyü bildirilir.
Ölkəyə dəymiş ziyanın məbləği 160 milyard dollara çata bilər.
Bu arada məşhur aktyor Leonardo Di Kaprionun fondu "Harvi"dən zərərçəkmiş insanlara 1 milyon dollar ayırıb. Bu məbləğin bir hissəsi bərpa işlərinə xərclənəcək.

Bundan başqa daha bir kino ulduzu - aktrisa Sandra Ballok da xeyriyyə məqsədilə 1 milyon dollarından keçib.
OXŞAR XƏBƏRLƏR
12:50
906
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
901
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1238
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
787
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
787
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
619