Biri səngiməmiş, digəri başlayır - AMERİKA SAHİLLƏRİNƏ "LİDİYA" YAXINLAŞIR
Meksika sahillərində, Aşağı Kaliforniya ştatından 290 kilometr cənub qərbdə
"Lidiya" qasırğası tüğyan etməyə başlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ-ın Qasırğaların Xəbərdarlığı Mərkəzi açıqlayıb. Bölgədə küləyin sürəti saatda 64 kilometrə çatıb.
Proqnozlara görə "Lidiya" 31 avqust axşam saatlarında sahilə çatacaq. Lakin onun sürətinin sahili əhatə etmədən belə daha da artacağı ehtimal edilir.
Qeyd edək ki, bir qədər əvvəl başlayan "Harvi" qasırğası küləyin sürəti və törətdiyi fəsadlara görə artıq son 12 ilin ən güclü təbii fəlakəti olaraq tarixə düşüb. Belə ki, onun əhatə etdiyi bölgədə küləyin sürəti 200-208 kilometr təşkil edir.
OXŞAR XƏBƏRLƏR
12:50
906
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
901
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1238
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
787
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
787
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
619